Xəzərin geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb

Xəzərin geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb

Ekologiya

15 Sentyabr 2024, 16:01

Xəzər dənizinin Neftçala rayonu ərazisində suyun geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb.

Suinfo.az "Report" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, rayon ərazisində Xəzər dənizinin qalxması sonuncu dəfə 1982-ci ildən müşahidə olunub. 1996-cı ildən etibarən tədricən geri çəkilmələr başlayıb.

Dənizin daha sürətlə geri çəkilməsi isə 2015-2020-ci illərə təsadüf edib. Bu proses indi də davam edir.

Mütəxəssislərin fikrincə, dənizin geri çəkilməsi qabarmalar və çökmələr nəticəsində baş verir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et