Səbail rayonu, Badamdar qəsəbəsində (2-ci massiv) su borusu partlayıb.
Suinfo.az xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.
Onların sözlərinə görə, nəticədə Badamdar - 20-ci Sahə yolunu və Tofiq Məmmədov küçəsini su basıb.
Yaranmış problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində polietilen su borusunda qəza baş verib: “Məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər. Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa olunacaq”.
(Qafqazinfo)