Aİ Banqladeşə daşqınlar səbəbindən bir milyon avroluq humanitar yardım AYIRDI

Aİ Banqladeşə daşqınlar səbəbindən bir milyon avroluq humanitar yardım AYIRDI

31 İyul 2024, 09:46

Avropa İttifaqı (Aİ) Banqladeşə musson daşqınları səbəbindən bir milyon avroluq humanitar yardım ayırıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Aİ-nin Banqladeşdəki Nümayəndəliyi məlumat yayıb.

 

Bildirilib ki, bu yardım ölkənin şimal-şərqində və şimal-qərbində ən çox ziyan dəymiş bölgələrdə həssas insanların təməl ehtiyaclarını qarşılamaq üçün sərf olunacaq.

 

Avropa İttifaqının Böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç (Janez Lenarčič) qeyd edib ki, daşqınlar Banqladeşin şimalındakı insanlara ciddi təsir göstərib:

 

"Aİ ən çox zərər çəkmiş əhaliyə yardımını bir daha artırır. Bu maliyyə əsas ehtiyacları təmin etməyə yardım göstərəcək".

 

Qeyd edək ki, Aİ Banqladeş, Hindistan və Filippinə daşqınlar səbəbindən iyulun 30-da da vəsait ayırmışdı. 2,4 milyon avro məbləğindəki yardımın 1,2 milyonu Banqladeş və Hindistana, qalan 1,2 milyon avro isə Fillippin üçün nəzərdə tutulurdu.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et