Kiyevdə içməli su problemi yaranıb

Kiyevdə içməli su problemi yaranıb

Dünya

11 Sentyabr 2024, 13:05

Kiyevdə paytaxtın əsas içməli su mənbəyi olan Desna çayının çirklənməsi səbəbindən su təchizatında böyük problemlər yarana bilər.

 

Suinfo.az xəbər verir ki, barədə paytaxtın su təsərrüfatı rəhbərinin müavini Vladimir Kostyuk bildirib.

 

Onun sözlərinə görə, Desna çayı Kiyev sakinləri üçün təmizlənmiş içməli suyun 70%-ni təşkil edir.

 

“İndi çirkli sular Çerniqovdan aşağı düşüb, təəssüf ki, üzvi çirklənmə davam edir”, - deyə Kostyuk bildirib.

Kostyuk vurğulayıb ki, sözügedən problem ciddi fəsadlara yol açacaq və paytaxtın su təchizatı sistemində disbalans yaradacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et