Dünyada ən çox satılan mineral sular hansılardır? - ARAŞDIRMA

Dünyada ən çox satılan mineral sular hansılardır? - ARAŞDIRMA

10 İyun 2024, 10:37

Geoloji və fiziki mühafizə altında saxlanılan yeraltı sulardan quyuların qazılması və ya bulaqlardan doldurulması yolu ilə alınan, ümumi həll olunmuş bərk maddələrin miqdarı 250 ppm-dən az olmayan su mineral su adlanır.

 


Mineral sular yeraltı süxurlardan keçərkən minerallarla zənginləşir. Bu minerallara kalsium, maqnezium, natrium, kalium, bikarbonat, sulfat və xlorid daxildir.

 

Dünyada ən çox satılan mineral suları bir siyahıda sadalamaq çətindir. Çünki satış rəqəmləri regiondan, brendin marketinq strategiyasından və vaxtından asılı olaraq dəyişə bilər.

 

Ancaq bir neçə mineral su markaları varki, onlar bütün dünya ölkələri tərəfindən idxal olunur.

 

Suinfo.az ən çox satılan mineral sularla bağlı araşdırmanı təqdim edir.

 

"San Pellegrino" mineral suyu lüks seqmentdə seçilən və bütün dünyada məşhur olan İtalyan mineral suyudur. İldə təxminən 1,5 milyard şüşə satıldığı bildirilir.

"Nestlé Pure Life "  "Nestlé" şirkəti tərəfindən istehsal olunan və bir çox ölkədə müxtəlif adlar altında satılan məşhur təmizlənmiş su markasıdır. İldə nə qədər satılması ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq şirkətin ildə milyardlarla mineral su satdığı təxmin edilir.

"Perrier" Fransa markası olub, dünyada ən çox satılan qazlı mineral sulardan biridir. İldə təxminən 1,5 milyard şüşə satıldığı qeyd olunur.

"FİJİ" Suyu Fici adalarından gələn və ekzotik görüntüyə malik mineral sudur. Bu mineral suyun isə ildə 600 milyon şüşə satıldığı təxmin edilir.


 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et