Son 145 ildə şirin su dövranı necə dəyişib?

Son 145 ildə şirin su dövranı necə dəyişib?

Araşdırma

27 Mart 2024, 10:03

Beynəlxalq tədqiqatçılar qrupu məlumatları təhlil edərək şirin su dövranında 145 il ərzində dəyişiklikləri araşdırmaq üçün bir araya gəlib. 

 

Onlar hidroloji modellərdən istifadə edərək 1661-ci ildən 1860-cı ilə qədər olan məlumatları müqayisə ediblər.

 

Bu, sənayedən əvvəlki dövr hesab olunur. Arayış üçün, onlar bu dövrə aid məlumatları 1861-2005-ci illər arasındakı dövrlə müqayisə aparıblar. 

 

Suinfo.az xəbər verir ki, bu barədə "Nature Water" jurnalında məqalə dərc olunub.

 

Nəticələr torpaq sahəsinin 45%-də normadan kənarlaşmaların artdığını aşkar edib. 

 

Tədqiqat müəllifləri yazırlar ki, sənayedən əvvəl olan dövrdəki şəraitdə  əhəmiyyətli bir dəyişiklik olub, şirin su dövranında dəyişikliklərə gətirib çıxarıb. 

 

Tədqiqatda qeyd olunur ki, qlobal istiləşmənin pisləşməsi fenomeni ilə yanaşı, bütün bu şərtlər şirin su ehtiyatlarına mənfi təsir göstərir, onların ekoloji və iqlim proseslərini tənzimləmək qabiliyyətinə mənfi təsir göstərir.

 

Rahib Ələsgərov

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et