Həddən artıq isti duş qəbul etmək ölümə səbəb ola bilər

Həddən artıq isti duş qəbul etmək ölümə səbəb ola bilər

Araşdırma

14 Mart 2024, 12:28

İsti duş qəbul etməyin təhlükələri ilə bağlı xəbərdarlıq edən alimlər onun dərimizə və saçlarımıza zərər verə, yuxu rejimimizi poza və hətta ölümə belə səbəb ola biləcəyini deyirlər.

 

Suinfo.az xəbər verir ki, bu barədə "Mirror" saytı xəbər verib.

 

Araşdırmalara görə, çox isti su saçlarda və dəridəki təbii yağları yuyur, bununla da dərinin quru, qabıqlı və qaşıntılı olmasına, saçın parıltısının və möhkəmliyinin zəifləməsinə gətirib çıxarır. Tədqiqatda isti duşdan sonra ekzema və ya sədəf kimi dəri problemi olan insanlarda vəziyyətin pisləşə biləcəyi ilə bağlı xəbərdarlıq edilir. Güclü istilik qıcıqlanma və iltihabı artıra və daha ciddi narahatlıq yarada bilər.

 

Risk altında olan təkcə dərimiz və saçlarımız deyil. Alimlər çox isti duşun ürək problemləri olan insanlar üçün xüsusilə təhlükəli olduğunu bildirirlər. Belə ki, qaynar su qan damarlarının genişlənməsinə və nəticədə qan axını tempini saxlamaq üçün ürəyin daha çox pompalanmasına səbəb olur. Alimlər, həmçinin qan təzyiqinin qəfil enməsinin hətta huşun itirilməsinə gətirib çıxara biləcəyini deyirlər.

Araşdırma müəllifləri bütün bu və digər riskləri azaltmaq üçün ilıq və daha qısamüddətli duş qəbulunu təklif edirlər.

 

(Azərtac)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et