Qaynar içməli su mikroplastiklərin təxminən 90 faizini təmizləyə bilir.
Suinfo.az xəbər verir ki, bu barədə "Environmental Science & Technology Letters" jurnalında araşdırma dərc edilib.
Mütəxəssislərin fikrincə, suyun qaynadılması və süzülməsi kiçik plastik hissəciklərin təxminən 90 faizini çıxarmağa kömək edib.
Bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında mikroplastiklərə məruz qalma nəticəsində yarana biləcək bir sıra sağlamlıq riskləri, eyni zamanda daha çox araşdırmaya ehtiyac olduğu da qeyd edilib.
Qeyd edək ki, mikroplastiklər 5 mm-dən kiçik olub, ətraf mühitin çirklənməsinə səbəb olan , əsasən neftdən alınan və suda həll olmayan hamar formalı və ya amorf polimer hissəciklərinə verilən addır.
Rahib Ələsgərov