Artezian quyularının istifadə müddəti nə qədərdir?

Artezian quyularının istifadə müddəti nə qədərdir?

Araşdırma

27 Fevral 2024, 12:52

Artezian quyularının istifadə müddəti 1 əsrdən çoxdur.


Suinfo.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı söyləyib.


"Artezian quyusunun qazılması təxminən 1 aya başa gəlir. Bu artezian quyuları qazılır, daha sonra isə yuyulur. İlk əvvəl oradan lilli su gəlir. Ona görə də həmin quyu müəyyən müddət təmizlənməlidir. Artezian quyularının istismarı uzunmüddətlidir. Məsələn bu gün "Şollar" su mənbəyinin əsas elementləri artezian quyularıdır. Yəni həmin artezian quyuları 107 ildir ki, dayanmadan işləyir. Artezian quyularının istifadə müddəti 1 əsrdən çoxdur",- deyə o bildirib.
Akif

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et