Dərinin çox quru olması, baş ağrısı kimi əlamətlər yetəri qədər su içməməkdən yarana bilər.
Suinfo.az xəbər verir ki, bu barədə "Mynet" nəşri məlumat yayıb.
Nəşr bildirir ki, insanların yetəri qədər su içməməsi bağırsaqlarının yaxşı işləməməsinə və nəticədə qəbiz olmaqlarına gətirib çıxara bilər.
"Baş ağrıları kifayət qədər su içməməyin əlaməti ola bilər. Birdən hərəkət edərkən və ya bir şey götürmək üçün əyildikdə başınız ağrıyırsa, daha çox su içməyə çalışın. Həmçinin dəriniz çox qurudursa, bunun səbəbi kifayət qədər su içmədiyiniz ola bilər. Dərinin niyə quruduğuna dair araşdırmalar davam etsə də, alimlər bunun kifayət qədər su içilməməsi və dəridə yağ tərkibinin az olması ilə bağlı olduğunu irəli sürürlər",- deyə nəşr əlavə edib.
Akif