Su hövzələri ən çox çirklənmiş ölkələr hansılardır?

Su hövzələri ən çox çirklənmiş ölkələr hansılardır?

23 Fevral 2024, 13:58

Son dövrlərdə planetimizi təhdid edən ən böyük problemlərdən biri su qıtlığıdır. Həm qlobal istiləşmənin, həm də ölkələrin sənaye fəaliyyətləri nəticəsində suların çirklənməsi bu vəziyyətin daha da pisləşməsinə səbəb olur. Suyun çirklənməsi bütün dünya ölkələrini narahat edən məsələlərdən biridir. 


Bəs suyu ən çox çirklənmiş ölkələr hansılardır?


Suinfo.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.


Əslində tək bir "çirklənmiş" ölkəni müəyyən etmək çətindir, çünki çirklənmə səviyyələri regiona, su mənbəyinə və istifadə olunan göstəricilərə görə dəyişir.


Bununla belə, bəzi ölkələr suyun çirklənməsi baxımından kifayət qədər risklidir.


Sənayeləşmiş ölkələrdə tullantı sularının təmizlənməsi infrastrukturunun qeyri-kafi olması və keçmişdə sənayeləşmənin yaratdığı nəzarətsiz sənaye fəaliyyətləri də suyun çirklənməsinə gətirib çıxaran faktorlardandır. Həmçinin, sürətli əhali artımı və qeyri-adekvat infrastruktur arid və su qıtlığı olan bölgələrdə su ehtiyatlarının qıtlığı çirklənmənin daha sıx təsirinə səbəb olur.


Bu ölkələrə suları sənaye tuallantıları ilə çirkləndirilmiş İndonezyanı, sürətli sənayeləşmə və məişət tullantı sularının təmizlənməsi problemləri ilə üzləşən Çini, məişət tullantıları və sənaye tullantıları ilə çirkləndirilmiş Qanq çayının keçdiyi Hindistan, yeraltı suları arsenlə çirkləndirilmiş Banqladeş və Afrikanın bəzi ölkələrini misal çəkmək olar. 


2023-cü ilin statistikalarına əsasən suları ən çox çirklənmiş ölkələr İndoneziya, Çin, Hindistan, Banqladeş, Filippin adaları, Vietnam, Misir, Türkiyə, Nigeriya və Pakistandır.


Bu ölkələrdə su çirkliliyinin çox olmasının səbəbi sənaye tullantılarının nəzarətsiz axıdılması, təmizlənməmiş məişət tullantı sularının axıdılması, kənd təsərrüfatı fəaliyyətlərindən əmələ gələn çirklənmə, neft dağılmaları və digər qəzalarıdır.


Unutmamalıyıq ki, suyun çirklənməsi təkcə bir ölkənin problemi deyil, qlobal problemdir. Bu problemin həlli üçün beynəlxalq əməkdaşlıq və birgə səylər tələb olunur.


Bundan əlavə, suyun çirklənməsi təkcə ətraf mühitə deyil, həm də insanların sağlamlığına mənfi təsir göstərir. Ona görə də bu problemin həlli üçün təcili addımlar atılmalıdır.

Rahib Ələsgərov


 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et