Yetəri qədər su içməmək oynaq ağrılarına səbəb ola bilər.
Suinfo.az xəbər verir ki, bunu Türk dietoloq Betül Yurdakul söyləyib.
O qeyd edib ki, sağlam insan hər kiloqram çəkiyə 30-35 ml su içə bilər.
Yurdakul qastrit və həzmsizlik kimi mədə pozğunluqlarının həyat keyfiyyətinə mənfi təsir etdiyini bildirib.
“Bu xəstəliklərin əsas səbəbi mədənin həddindən artıq turşu istehsalıdır. Su içməklə, mədə turşusunun mədə və yemək borusu divarlarına zərər verməsinin qarşısını ala bilərik. Lifli qidalar və bol su həzm sistemimizin düzgün işləməsinə kömək edir. Su içmədiyimiz zaman həzm sistemimiz yavaşlayır və qəbizlik yaranır. Biz qəbizlik və həzmsizlikdən xilas olmaq və həzm sistemimizi tənzimləmək üçün kifayət qədər su içməliyik",- dietoloq əlavə edib.
Akif