Mərkəzi Nəbatat Bağı bir ildir su pulu ödəmir - \"Azərsu\"dan CAVAB

Mərkəzi Nəbatat Bağı bir ildir su pulu ödəmir - \

29 Noyabr 2023, 15:45

Mərkəzi Nəbatat Bağının "Azərsu" ASC-yə 70 min manat borcu olması barədə məlumatlar doğrudur.

 

"Suinfo.az" xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

 

O qeyd edib ki, bununla bağlı AMEA-ya müraciət olunub.

 

"Çünki Mərkəzi Nəbatat Bağı Bakı Şəhəri İcra Hakimiyyətinin tabeliyinə indi keçib. Borc Mərkəzi Nəbatat Bağının AMEA-nın tərkibində olduğu dövrə aiddir. AMEA ya borcu ödəməli, ya da razılaşma protokolu imzalayıb, borcun onun öhdəliyi olduğunu təsdiq etməlidir. Bundan sonra biz Mərkəzi Nəbatat Bağını AMEA-nın tərkibindən çıxarıb Bakı Şəhəri İcra Hakimiyyətinin abonenti kimi qəbul edək. Söhbət bundan gedir. Son bir ildə ümumiyyətlə pul ödəməyiblər", - Anar Cəbrayıllı deyib.

 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı əvvəllər AMEA-nın tərkibində olsa da, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var. Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et