Azərbaycanda neçə su anbarı var?

Azərbaycanda neçə su anbarı var?

Araşdırma

20 Fevral 2024, 10:56

Azərbaycan Respublikasında irili-xırdalı 140 su anbarı var.


Suinfo.az xəbər verir ki, onların ümumi həcmi 21 milyard 500 milyon kubmetr təşkil edir.


Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb.


Bildirmək lazımdır ki, Respublikanın ən iri su anbarı Mingəçevirdə yerləir və 1953-cü ildə istismara verilib. Bu su anbarı çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb. Böyük su anbarları ("Mingəçevir", "Şəmkir", "Araz su qovşağı", "Sərsəng") kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədi ilə tikilmişdir.

Rahib Ələsgərov
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et