Mağazalardan aldığımız və şirkətlər tərəfindən evlərə, ofislərə çatdırılan böyük su bidonlarının həcmin standart olaraq 19 litrdir.
Bidonların niyə 20 litr deyil, 19 litr olması təəccüblü görünsə də, çoxlarımız buna əhəmiyyət vermir.
Qablaşdırılmış içməli su alarkən daha çox böyük həcmli qablara üstünlük verilir.
Çünki həm daha çox işlənir, həm də ucuz başa gəlir.
Əslində bidonların 19 litr olmasının səbəbi tamamilə ABŞ-la bağlıdır.
ABŞ-da bidon istehsalçıları suyun doldurulması və verilməsi üçün 5 qallon həcmin optimal olacağını tapdılar.
Bu həm də 100 standart stəkan üçün kifayət qədər su deməkdir.
Bu həcm həm ofis, həm də ev üçün uyğundur.
Digər tərəfdən onu qaldırmaq və daşımaq mümkündür.
Bir qallon təxminən 3.78 litrə bərabərdir. Onu 5 -ə vurduqda təxminə 18,9 litr alınır.
Hesablamanı asanlaşdırmaq və həcmi aydın təsəvvür etmək üçün üçün bu rəqəm 19 -a yuvarlaqlaşdırılır.
Əslində isə heç tam 19 litr də olmur.